Latın Amerika ölkələrinə təşkil edilmiş 5 günlük turne çərçivəsində İran prezidenti Mahmud Əhmədinejatın dünən axşam Venesuelaya səfəri başlayıb. SİA-nın məlumatına görə, bundan sonra o, Ekvador, Nikaraqua və Kubaya gedəcək. Səfərdə onu daxili işlər naziri, iqtisadiyyat naziri, sənaye və energetika naziri olmaqla yüzə yaxın rəsmi şəxs müşayiət edir. Səfərin əsas məqsədi ABŞ və Qərb ölkələrinin İrana təzyiqləri artırmağa cəhd göstərdiyi bir vaxtda Latın Amerika ölkələri ilə əlaqələri genişləndirməkdir.
Xatırladaq ki, Əhmədinejadın Venesuelaya səfəri sentyabr ayına planlaşdırılırmışdı. Lakin ölkə başçısı Uqo Çavesin səhhətində baş verən problemlər və onun onkoloji xəstəlikdən müalicə alması səbəbindən səfər təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB