Əlcəzairin Baş nazirindən Ərdoğana: “Heç kimin əlcəzairlilərin qanından faydalanmağa haqqı yoxdur”
"Heç kimin əlcəzairlilərin qanından faydalanmağa haqqı yoxdur". SİA-nın "Hurriyet"ə istinadən verdiyi xəbərə görə, bunu Əlcəzairin Baş naziri Əhməd Uyahya Milli Demokratiya Yürüşü partiyasının qurultayında "erməni soyqırımı\"nın Fransa Parlamentində gündəmə gəlməsindən sonra Türkiyə rəsmilərinin Parisə Əlcəzair tarixini xatırlatmalarına münasibət bildirərkən deyib. O, Türkiyədəki həmkarından Əlcazairin tarixinin siyasi alver obyektinə çevirməməyi istəyib.
Qeyd edək ki, Fransa parlamentinin aşağı palatasında saxta "erməni soyqırımı"nın inkarının cinayət hesab edilməsi haqqında qanun layihəsinin qəbul olunmasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan: "Fransanın Əlcəzairdə törətdiyi soyqırımdır. Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Pol Sarkozidən soruşsun", - deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB