Daxili İşlər Nazirliyi: Suriya terrora görə qisas alacaq

Daxili İşlər Nazirliyi: Suriya terrora görə qisas alacaq

Suriya paytaxt Dəməşqdə baş verən terror hücumlarının cavabsız qalmayacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi hökumət əleyhinə \"artan" terror basqınlarına qarşı sərt cavab verəcəyini vəd edib. Daxili işlər naziri İbrahim əl-Shar deyib ki, hücumu həyata keçirən intiharçı qarşısına mümkün qədər çox adam öldürmək məqsədini qoyub.

Ölkənin əsas müxalifət koalisiyası olan Milli Şuranın sədri Omar İdilbi isə bildirib ki, bu kütləvi etirazlardan diqqəti yayındırmaq məqsədi ilə rejimin davam etdirdiyi kirli oyundur.

Qeyd edək ki, paytaxt Dəməşqin mərkəzində iki gün baş verən terror hadisləri zamanı 200 adam ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə