Keniya Hərbi Hava Qüvvələri Somali ərazisində fəaliyyət göstərən "Əş-Şəbab" qruplaşmasına qarşı əməliyyat keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, havadan həyata keçirilən hücumlar nəticəsində qruplaşmanın 60 yaraqlısı məhv edilib, 50 nəfər isə yaralanıb.
Qeyd edək ki, Oktyabr ayında Keniya qruplaşmanı insan oğurluğunda ittham edərək Somali ərazisində ona qarşı aviasiyanın dəstəyi ilə quru əməliyyatına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB