Rusiya Misirin eks-prezidenti Hüsnü Mübarəkin asılma yolu ilə ölüm hökmünün çıxarılması tələbinə qarşı çıxış edib. SİA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında bildirilir: "Söhbət 83 yaşlı və ağır xəstə olan insandan gedir. Digər tərəfdən onun ötən ilin fevralında hakimiyyətdən könüllü getməsi ilə bağlı qərarı nəzərə alınmalıdır. Ümidvarıq, yekun qərarlar beynəlxalq hüquqi standartların ən yüksək səviyyəsində qəbul olunacaq. Eyni zamanda hesab edir ki, Mübarəkə qarşı humanist yanaşmanın nəzərə alınması mümkündür".
Qeyd edək ki, məhkəmə prosesi eks-prezident, onun iki oğlu və bir sıra yüksək rütbəli dövlət məmurunun işi üzrə aparılır və ötən həftə məhkəmə dinləmələri bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB