ABŞ Əhmədinejadın Latın Amerikası ölkələrinə səfərinə münasibət bildirib
Amerika Birləşmiş Ştatları İran prezidenti Mahmud Əhmədinejadın Latın Amerikası ölkələrinə səfərinə münasibət bildirib. SİA-nın Türiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland bildirib ki, hazırda beynəlxalq arenada təzyiqlər altında olan rəsmi Tehran özünə yeni müttəfiqlər axtarır və əlaqələrini genişləndirməyə çalışır. O, qeyd edib ki, rəsmi Vaşınqton bunula bağlı müvafiq addımlar atacaq: "Bizim Kuba və Venesuela ilə diplomatik əlaqələrimiz yoxdur. Ancaq Nikaraqua və Ekvadorla bununla bağlı müzakirələr aparacağıq".
ABŞ dövlət katibinin nümayəndəsi həmçinin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Tehran səfəri zamanı əldə etdiyi məlumatları öyrənmək üçün danışıqlara başladıqlarını da söyləyib. O, qeyd edib ki, ABŞ Türkiyə tərəfi ilə XİN rəhbərinin Tehran səfərində əldə etdiyi məlumatları və hansı ismarıcların göndərildiyini öyrənmək üçün məsləhətləşmələrə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB