Qazaxıstanda otel tamamilə yanıb

Qazaxıstanda otel tamamilə yanıb

Bu gün səhər saatlarında Qazaxıstanın Ağdası vilayətində otellərin birində meydana gələn yanğın böyük çaxnaşmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, əvvəlcə otelin camaşırxanasında baş vermiş yanğın sonradan digər mərtəbələrə də keçib. Hadisədə ölən və yaralananların olmadığı bildirilir. Hadisə yerinə gələn axtarış xilasetmə qrupları yanğından 35 nəfəri sağ çıxarmağa nail olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə