Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "qırmızı xətt" daxil olmaqla istifadə etdiyi bütün telefonlar İstanbul prokurorluğunda deşifrə olunub. SİA-nın "Milliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, məlum hadisə "Ergenekon" ilə bağlı aparılan istintaq çərçivəsində meydana çıxıb. Belə ki, istintaq çərçivəsində "Aydınlıq" qəzetinin redaksiyasında keçirilən axtarış zamanı baş nazir Ərdoğana aid olduğu iddia edilən səs yazıları və Ankara Böyükşəhər bələdiyyə başçısı Melih Gökçekə aid bir sıra sənədlər aşkarlanaraq götürülüb.
İstanbul prokurorluğu əldə edilən sənədlərin düzgünlüyünü yoxlamaq üçün baş nazirliyə məktub göndərib. R.T.Ərdoğanın, baş nazirin müavini Əli Babacanın və Cüneyt Zapsunun istifadə etdiyi telefon nömrələrinin bildirilməsi tələb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB