"Hamı qanun qarşısında bərabərdir. Deyəcək başqa bir şey yoxdur". SİA-nın "Miliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Abdullah Gül Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğun həbs edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, heç kim məhkəmənin qərarı olmadan təqsirli elan edilə bilməz: "Baş verənləri kifayət qədər soyuqqanlı şəkildə qarşılamaq lazımdır. Bu, bir məhkəmə prosesidir. Çünki, hər birimizin hüquq sistemi çərçivəsində öhdəliyimiz var".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ həbs edilib. Ədliyyədə 7 saat ifadə verən Türkiyənin sabiq baş qərargah rəisi general İlker Başbuğ İstanbul 12 saylı ağır cinayətlərə dair məhkəməyə göndərilib və burda onun barəsində həbs qərarı verilib. İlker Başbuğ "dövlət çevrilişi keçirmək planının hazırlamasında və dövlət orqanlarının öz vəzifəsini icra etməyə əngəl törətməkdə" şübhəli bilinərək həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB