ABŞ-da 2012-ci ilin ilk ölüm hökmü icra olunub

ABŞ-da 2012-ci ilin ilk ölüm hökmü icra olunub

ABŞ-da 2012-ci ilin ilk ölüm hökmü icra olunub. SİA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, Oklahoma ştatında 49 yaşlı Heri Roland Uelçin (Gary Roland Welch) ötən gün ölüm hökmü icra olunub. Uelçə ölüm inyeksiyası vurulub. Ölüm hökmü həbsxananın işçi heyətinin qarşısında olub. Öldürülən şəxsin yaxınları əmrin icrasını müşahidə etməyiblər, elə məhkum edilən şəxs də ölümündə kiminsə iştirakını istəməyib. Eyni zamanda ölüm cəzasının icrasına 3 həftə qalmış 49 yaşlı Uelç özünə qəsd etmək istəyib.

Qeyd edək ki, Heri Roland Uelç Mayami şəhərində 1994-cü il 25 avqust tarixində Hardkasl adlı şəxsi evinin qarşısında ölənə qədər döydüyü üçün ölüm hökmünə məhkum olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə