Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq istəyib

Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq istəyib

Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq istəyib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı yerli mətbu orqanı olan "Pravo" qəzeti yayıb.

Qəzetin yaydığı xəbərə əsasən Aleksandr Timoşenkonun siyasi sığınacaq almaq üçün keçən il müraciət etdiyi və hələlik ona müsbət cavab verilmədiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə