Davudoğludan İrana: “Türkiyənin qonşularına hücum etmək planı yoxdur”

Davudoğludan İrana: “Türkiyənin qonşularına hücum etmək planı yoxdur”

\"Türkiyədə yerləşdiriləcək radar sistemləri hər hansı qonşu ölkəni hədəfə almayacaq. İranın belə bir təhdid narahatlığının olmadığına əmin olmaq istəyirik. Türkiyənin qonşularına hücum etmək planı yoxdur. Kimsə narahat olmasın. İranda belə bir sistem olsa, biz bu qərara hörmətlə yanaşardıq". SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehranda həmkarı Əli Əkbər Salehi ilə birgə mətbuat konfransı zamanı deyib.

BMT-nin 5 daimi üzvü və Almaniyadan ibarət qrupla İran arasındakı müzakirələrin yenidən başlayacağını deyən Salehi isə bu müzakirələrin ünvanının yenə Türkiyə ola biləcəyini söyləyib. Nazirlər görüşdə İranın nüvə proqramı ilə bağlı beynəlxalq müzakirələrin də gündəliyə gəldiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə