ABŞ-ın Teksas əyalətində, səkkizinci sinif şagirdi Jaime Gonzalez məktəbə gətirdiyi oyuncaq silah səbəbiylə polis tərəfindən güllələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Brownsville şəhərindəki Cummings orta məktəb rəhbərliyi Gonzalezin əlindəki oyuncaq silahı həqiqi hesab edərək 911-ə zəng edib.
Zəngdən sonra dərhal polislər məktəbə gəlib. Yerli mətbuatın verdiyi xəbərə əsasən şagird polis tərəfindən öldürülüb.
Polis baş verən hadisənin şagirdin günahı ucbatından baş verdiyini bildirib. Belə ki, polis Jaime Gonzalezsə silahı yerə qoymağı tələb etsə də şagird silahı onlara tuşlayıb. Bunun qarşılığında hüquq-mühafizə orqanlarının işçiləri 15 yaşlı oğlanı güllələyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB