Timoşenkonun \"VİP\" kamerası - FOTO

Timoşenkonun \"VİP\" kamerası - FOTO

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun Xarkov həbsxanasındakı kamerasının fotoşəkilləri nümayiş olunub. SİA-nın "newsru.com" saytına istinadən verdiyi məlumata görə, keçmiş diplomat Avropa standartlarına və normalarına cavab verən kamerada saxlanılır.

Ukrayna Dövlət Penitensiar Xidmətinin yaydığı şəkillərdən görünür ki, Yuliya Timoşenkonun saxlanıldığı kamerada müasir texniki avadanlıqlar, televizor, elektrik peçi, soyuducu var. Eyni zamanda kameraya yemək hazırlamaq üçün ayrıca yer, hamamda duş və vanna, paltaryuyan maşın, tualet və maye saxlamaq üçün dəmir qab qoyulub.

Qeyd edək ki, Rusiya ilə imzalanan qaz müqaviləsi zamanı Ukraynanın maraqlarının tapdanmasında yol verməkdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilən Yuliya Timoşenko dekabrın 30-də həbsxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə