Aİ İran neftinin ixracına embarqo qoyulmasına dair ilkin razılıq əldə edib
Avropa İttifaqı İran neftinin ixracına embarqo qoyulmasına dair ilkin razılıq əldə edib. SİA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, 27 üzvlü qurum razılıq əldə etsə də embarqonun nə zaman tətbiq edilməsinə dair müzakirələr keçiriləcəyini bildirib. Fransa bu tarixin xarici işlər nazirlərinin yanvar ayının 30-u müzakirələri zamanı müəyyən etməsini istəyir.
ABŞ Dövlər Departamenti razılığı alqışlayaraq digər ölkələrin qurumdan örnək götürməsinin vacibliyini vurğulayıb. Ticarətçilərin bəziləri İranın neft qiymətlərində ciddi endirmlər etməklə, digər alıcıları cəlb edə biləcəyini deyir. Avropa İttifaqına üzv Yunanıstan və İspaniya kimi bəzi ölkələr embarqo barədə razılığın qəbuluna mane olmayıb.
Çin isə İrana qarşı tətbiq olunan sanksiyaların bu ölkənin nüvə problemini həll etməyəcəyini düşünür. Bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmisi Xun Ley keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, problemin yeganə mümkün və məqsədyönlü həll yolu danışıqlardır: "Çin rəsmi Tehrana qarşı yönəldilmiş sanksiyalara qarşıdır".
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB