Çinin şimal-qərbindəki Daxili Monqolustan muxtar rayonunda müsəlmanlarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Məscidin sökülməsinə etiraz edən uyğurlarla polis arasında toqquşmada azı 5 nəfər öldürülüb. Bu barədə "Reuters" agentliyi yerli kütləvi-informasiya vasitələrinə istinadən xəbər verir. Etiraz aksiyasının dağıdılması üçün polis gözyaşardıcı qazdan, rezin güllələrdən və dəyənəkdən istifadə edib. Nümayişlərdə xuey adlanan milli azlıqlar da iştirak edib.Muxtar rayonda qarşıdurma yerli hökumətin bu yaxınlarda inşa edilmiş məscidin qeyri-qanuni tikildiyini əsas gətirərək, sökülmə qərarı verməsindən sonra başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB