Şimali Koreyada kütləvi nümayiş keçirilib

Şimali Koreyada kütləvi nümayiş keçirilib
Şimali Koreyanın paytaxtı Pxenyanda kütləvi nümayiş keçirilib. Mərkəzi Kim İr Sen meydanına 100 minə yaxın adam toplaşıb. Aksiya Şimali Koreya lideri Kim Çen İrin vəfatından sonra yeni lider elan edilmiş Kim Çen Ina dəstək nümayiş etdirmək məqsədi daşıyıb. Şimali Koreyalılar həmçinin ölkə rəhbərliyinin öz siyasətini dəyişməmək qərarını dəstəkləyiblər. İzdiham yağan qarın altında saatlarla hakim partiyanın rəhbərlərinin hesabatını dinləyib. Qeyd edək ki, Pxenyanda belə kütləvi nümayiş hər il yanvarın ilk həftəsində keçirilir və artıq ənənəvi hala çevrilib. Bu arada, Cənubi Koreya Şimali Koreya ilə 6-tərəfli nüvə danışıqlarının bərpa oluna biləcəyini istisna etmir. Cənubi Koreyanın xarici işlər nazirliyinin mətbuat katibi Ço Bun-ya bildirib ki, uzun müddətdir dayandırılan 6-tərəfli nüvə danışıqlarında inkişaf yalnız Pxenyanın yeni rəhbərliyindən asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə