İsrail Fələstin danışıqları bərpa olunur

İsrail Fələstin danışıqları bərpa olunur
Bu gün İordaniyanın paytaxtı Əmmanda son 1 ildə ilk İsrail-Fələstin danışıqları baş tutacaq. Uzun fasilədən sonra bərpa olunacaq danışıqları İsrail baş nazirinin xüsusi nümayəndəsi İçxak Molxo və Fələstin Muxtariyyətinin nümayəndəsi Saed Ərəkat aparacaq. Tərəflər sülh danışıqlarının buzunun açılması yollarını müzakirə edəcəklər. Qeyri-rəsmi görüş Yaxın Şərq münaqişəsinin tənzimlənməsi üzrə beynəlxalq vasitəçilər olan Avropa Birliyi, BMT, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə keçiriləcək.İsrail və Fələstin isə bu görüşün sülh prosesinin rəsmi olaraq başlanması olmadığını və görüşdən konkret hər hansısa nəticəni gözləmədiklərini bəyan edib. Qeyd edək ki, fələstinlilər sülh danışıqlarının bərpa edilməsinin şərti kimi İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məskənlərinin tikintisinin dayandırılmasında təkid edir. İsrail isə danışıqların hər hansı şərtlər irəli sürülmədən başlamasını düzgün hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə