2011-ci ildə ən çox baxılan internet saytları hansılardır?

2011-ci ildə ən çox baxılan internet saytları hansılardır?

Google axtarış sistemi və Facebook sosial şəbəkəsi 2011-ci ildə ən çox baxılan internet saytlar olub. SİA-nın xəbərinə görə, bu barədə Nielsen şirkətinin yeni hesabatında qeyd edilib.

Google saytına hər ay dünya üzrə orta hesabla 153 milyon nəfər baxıb ki, bu da ən yüksək göstəricidir. Facebook isə 137,6 milyon baxış sayı ilə ikinci yerdədir. Facebook sosial şəbəkələr kateqoriyasında Blogger və Twitter kimi yaxın rəqiblərini xeyli üstələyərək mütləq liderdir.

Daha çox baxılan internet saytlar siyahısında üçüncü yerdə Yahoo, dördüncüdə isə Microsoft şirkətlərinin saytları qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə