Filippində bayram günlərndə atəşfəşanlıq bədbəxt hadisələrlə yadda qaldı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən, Yeni ili qeyd etmək istəyənlərin müxtəlif pirotexnik vasitələr və odlu silahlardan istifadəsi nəticəsində 1 uşaq ölüb, 739 nəfər yaralanıb.
Filippin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, 718 nəfər müxtəlif pirotexnik vasitələrdən, 22 nəfər isə odlu silahlardan açılan atəşdən yaralanıb. Hadisə ilə əlaqədar Filippin Daxili İşlər Nazirliyinin əməkdaşları 65 nəfəri həbs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB