Nigeriyanın şərqindəki Ebonyi ştatında düşmən etnik qruplar arasında baş vermiş toqquşalarda azı 50 nəfər ölüb. Toqquşmalara Ezza və Ezilo etnik qrupları arasında torpaq mübahisəsi səbəb olub. Regiona onlarla polis əməkdaşı cəlb olunub.
Toqquşmalar Boko Haram islamçı qruplaşmanın ardıcıl hücumları ilə əlaqədar ölkənin bəzi yerlərində fövqəladə vəziyyətin elan olunmasından bir neçə saat sonra baş verib. Bu qərarı verən Nigeriya prezidenti Qudlak Conatan Milad günündə kilsəyə qanlı hücum həyata keçirən Boko Haram qruplaşmasına qarşı mübarizəni gücləndirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB