İran İslam Respublikasının ilk xarici işlər naziri, mötədil islamçıların qurumu kimi tanınan Azadlıq Hərəkatı Partiyasının 80 yaşlı lideri İbrahim Yəzdi 8 il həbsə məhkum edilib. SİA-nın xəbərinə görə, İbrahim Yəzdinin 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərarı Tehran məhkəməsi çıxarıb. Məhkəmə prosesi qapalı keçirilib və İbrahim Yəzdi İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və yalan yaymaqda təqsirli bilinib.
Qeyd edək ki, fəaliyyətinə qadağa qoyulmuş İran Azadlıq Hərəkatı Partiyasının lideri İbrahim Yəzdi 2009-cu ildə İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra üç dəfə tutulub saxlansa da, sonra mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB