Kim Çen İrlə vida mərasimi keçirilir-FOTOSESSİYA

Kim Çen İrlə vida mərasimi keçirilir-FOTOSESSİYA

17 dekabr tarixində vəfat etmiş KXDR lideri Kim Çen İrlə vida mərasimi bu gün paytaxt Pxenyanda keçirilir. SİA-nın məlumatına görə, mərasimin birinci mərhələsi bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə saat 05:00-da) Kim Çen İrin meyiti yerləşən Kımsusan xatirə kompleksində başlayıb.

Qeyd edək ki, Koreyanın mərkəzi televiziyası dəfn mərasiminə həsr olunmuş əvvəlcədən hazırlanmış xüsusi veriliş nümayiş etdirir.

Verilişdə həmçinin Kımsusan kompleksində baş tutmuş mərasimdən də kadrlar göstərilib. Kadrlarda Kim Çen İrin kiçik oğlu və varisi Kim Çen In atasının tabutu önündə baş əyir və dərin ehtiramını bildirir.


Mərasim efirə tam olaraq verilməyib. Kim Çen İrin tabutu olan maşın karvanının Kımsusan xatirə mərkəzindən çıxaraq Pxenyan küçələri boyu gəzəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə