Timoşenko prezident Viktor Yanukoviçə mesaj yollayıb

Timoşenko prezident Viktor Yanukoviçə mesaj yollayıb

Həbsdə olan sabiq baş nazir Yuliya Timoşenko veb səhifəsində prezident Viktor Yanukoviçə ünvanladığı məktubda onu Ukraynanın qaz kəməri sistemini Rusiyaya təslim etməməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Timoşenko Ukraynanın qaz nəqliyyatı sistemini ölkənin son strateji mənbəyi adlandırıb. Sabiq baş nazir Yanikoviçə bir dəfə təslim olduğu təqdirdə, bir daha Moskva ilə müzakirələrin mümkün olmayacağı barədə xəbərdarlıq verib. O, Yanukoviçi Avropa İttifaqına inteqrasiyadan yayındığına görə tənqid edib.

Timoşenko 2009-cu ildə Rusiya ilə qaz razılığı əldə etdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Ona qarşı bir sıra digər ittihamlar da irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə