Nazarbayev Janaozendə baş verən iğtişaşlardan danışdı

Nazarbayev Janaozendə baş verən iğtişaşlardan danışdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Janaozendə baş verən iğtişaşlardan danışıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, prezident Janaozendə baş verən iğtişaşların xaricdən maliyyələşdirilən cinayətkar qruplaşmalar tərəfindən təşkil olunduğunu deyib: "Cinayətkərlar yanğın törədiblər ki, xaricdən alınan pulların izini itirsinlər. Bununla bağlı araşdırma aparılır\".

Onun sözlərinə görə, Manqistau vilayətində baş verən hadisələr ölkə üçün ciddi imtahan olub və məqsədləri də cəmiyyətdə sosial, millətlərarası, dinlərarası düşmənçilik yaratmaq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə