İsraildə bir qrup ultra-mühafizəçi yəhudi Beyt Şemeş şəhərində çəkiliş aparan telekanal əməkdaşlarına hücum edib. Jurnalistləri yəhudi dindarlardan ayıran polis, etirazçı qrupun 2-ci kanalın çəkiliş heyətini daşa basdığını və 1 nəfərə yüngül xəsarət yetirdiyini bildirib. Polis sözçüsü bundan əlavə dindarların çəkiliş aparılan kamera və avadanlıqların reportyorlardan oğurlandığını qeyd edib.
2-ci kanalın 85 minlik əhalisi olan və əsasən də qatı dindar yəhudilərin çoxluq təşkil etdiyi Beyt Şemeş şəhərində son günlərin ən qalmaqallı məsələsi ilə - azyaşlı qızın təhqir olunmasıyla bağlı çəkiliş apardığı bildirilir. Belə ki, 8 yaşlı ABŞ-lı qız Naama Marqoliz məktəbə gedərkən şəhərin sosial normalarına uyğun olmayan geyimdə olduğu üçün yerli qatı mühafizəkarların hücumuna məruz qalıb. Bir neçə ravin balaca qızı əhatəyə alaraq onun ünvanına nalayiq sözlər işlədib. Bundan başqa 2-ci sinif şagirdi ravinlərin onun üstünə tüpürdüklərini deyərək, məktəbə getməyə qorxduğunu dilə gətirib.
Bu qalmaqal fonunda şəhərdə cinsi ayrıseçkilik məsələsi yenidən gündəmə gəlib. Qədim adət-ənənələri qoruyan şəhərdə qadınların küçələrdə kişilərlə bir olmasına icazə verilmir, bir çox ölkələrdən fərqli olaraq bu şəhərdə qadınlar ictimai nəqliyyatdan istifadə etdikləri təqdirdə yalnız avtobusun arxa oturacaqlarına əyləşə bilər.
Beyt Şemeş şəhər administrasiyası qadınlara qarşı hüquq pozuntularının qarşısının alınması məqsədilə bir sıra ölçülər götürməyi planlaşdırır. Artıq şəhərin divarlarında həkk olunmuş cinsi ayrıseçkiliyi təbliğ edən bütün yazılar silinib, küçələrdə nəzarət etmə kameraları quraşdırılıb. Balaca qızcığazın təhqir olunması İsrailli siyasi xadimlər tərəfindən də qəti şəkildə pislənib. Sosial şəbəkələrdə yüz minlərlə insan 8 yaşlı Naamanın müdafiəsinə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB