Ermənistanda əhalinin 1 milyon 200 mini ölkəni tərk edir

Ermənistanda əhalinin 1 milyon 200 mini ölkəni tərk edir

Ermənistan əhalisinin 30 faizi, yəni 1 milyon 200 minindən çoxu ölkəni tərk etmək niyyətindədir. SİA-nın məlumatına görə, bu barədə məlumatı Amerikanın Gellap Tədqiqat İnstitutu yayıb. İnstitut bununla bağlı sosioloji sorğu keçirib. Ermənistanda doğum sayı da kəskin azalıb. Belə ki, əgər 20 il əvvəl ölkədə 80 min uşaq doğulurdusa, indi bu rəqəm 40 minə enib. Əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşmasının səbəblərindən biri də pul gəlirlərinin aşağı düşməsi ilə bağlıdır. Tədqiqatlar göstərib ki, əvvəllər Rusiya, Birləşmiş Ştatlar və digər ölkələrə köçənlər qohumlarına pul göndərirdilərsə, indi bu yardım xeyli azalıb.


Bütün xəbərlər Facebook səhifəmizdə