Qırğızıstanın paytaxtı Bişkekdə baş vermiş ağır yol qəzasında 8 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Tokmok-Bişkek yolunun 36 kilometrində meydana gələn qəzada 5 nəfər isə yaralanıb. Ölənlər arasında 7 və 10 yaşlarında iki uşağın olduğu bildirilib. Yaralılar dərhal xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB