İraqda 6 nəfər terrorun qurbanı oldu

İraqda 6 nəfər terrorun qurbanı oldu

İraqın paytaxtında Daxili İşlər Nazirliyinin binasına yaxın bir ərazidə avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisədə daha 27 adam yaralanıb. Xatırladaq ki, ötən həftə cümə namazından sonra Bağdadda baş vermiş partlayışda 70 nəfərə yaxın insan həyatını itirmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə