İordaniyada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib
İordaniya paytaxtı Əmmanda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib. Əsasən "Müsəlman qardaşlığı" hərəkatının qolu olan İslami Hərəkat Cəbhəsi təşkilatının gənclərindən ibarət yüzlərlə etirazçı bir araya gələrək baş nazirin qərargahının önündə etiraz aksiyası keçirməyə çalışıb.
Təhlükəsizlik qüvvələri kütləni binanın qarşısında toplanmasına imkan verməyib. Etirazçılar ölkədə islahatların keçirilməsini tələb edərək, cümə günü müxalif və iqtidar tərəfdarları arasında baş vermiş qarşıdurmada polisin etirazçıların üstünə göz yaşardıcı qaz kapsulalarını buraxmasını pisləyiblər.
Xatırladaq ki, İordaniyanın şimal şəhəri olan Məfraqda baş vermiş həmin qarşıdurmada, kral II Abdullahın tərəfdarları müxalif fəalları daşa tutaraq onların üzərinə dəyənəklərlə hücuma keçmişdi. Ölkə müxalifə Məfraq toqquşması zamanı xeyli sayda etirazçının xəsarət aldığı xəbərini yaymışdı.
Qeyd edək ki, islamçı müxalif partiyaları, gənclər təşkilatları və digər cəmiyyətlər korrupsiyaya son qoyulması üçün yanvar ayından bəri müntəzəm olaraq nümayişlər və dinc yürüşlər keçirir. Kral II Abdulla son 7 ay ərzində artıq 2 dəfə nazirlər kabinetinin tərkibini dəyişsə də, ölkə başçısının söz verdiyi iqtisadi və siyasi islahatların gedişi yerli əhali qane etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB