Fransa Senatının üzvündən Sarkoziyə xəbərdarlıq: “Günahı keçmişdə axtarmaq təhlükəlidir”

Fransa Senatının üzvündən Sarkoziyə xəbərdarlıq: “Günahı keçmişdə axtarmaq təhlükəlidir”

Fransa Senatının üzvü Natali Qule Fransa parlamentinin dekabrın 22-də qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərarla bağlı yazılı açıqlama yayıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir: "Günahı keçmişdə axtarmaq təhlükəlidir. Bu gün Türkiyə bizə cavab verir və Əlcəzairdəki keçmişimizi xatırladır. Gələcəkdə, Qəzza və Dağlıq Qarabağ xalqları, kürdlər, iraqlılar, əlcazairlilər, Əlcazair savaşı zamanı fransız ordusunda xidmət edən əlcazairlilər Fransaya gələrək, tarixin onlara vermədiyi və ya hələlik tanınmayan haqlarını Fransada axtarmaq istəyəcəklər. Senatın bu yalnış gedişə bir son verib, tarixçilərin işlərini görmələrinə imkan yaradacağına ümid edirik.

Həm Türkiyə, həm də Ermənistanın dostu olan Fransanın tərəfləri bu tarixi anlaşılmazlığı həll etmək məsələsində baş başa buraxmasının daha uyğundur. Fransız hüququ 1915-ci ildə soyqırımı tanıyıb və Türkiyə bu məsələləri araşdırmaq üçün beynəlxalq mütəxəssislər komissiyası qurmağı qəbul edib. Prezident tərəfindən verilən bu söz hamımızın böhranla mübarizəyə ehtiyac duyduğumuz bir dövrdə türk dostlarımızı və türk əsilli fransız vətəndaşlarını haqsız olaraq yaralayıb. Türkiyə 100 "Airbus" təyyarəsi sifarişindən imtina etdikdə prezident nə deyəcək?".

Bütün xəbərlər Facebook səhifəmizdə