Sarkozi: "Türklərə hörmət edirik"

Sarkozi: "Türklərə hörmət edirik"

Fransa parlamentində qondarma erməni soyqırımının inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulundan sonra ölkə prezidenti Nikolya Sarkozi ilk dəfə danışıb. "France Press" agentliyinin məlumatına görə, Sarkozi türk dostlarının fikirlərinə hörmət etdiyini deyib. "Türkiyə çox böyük bir ölkə, böyük bir mədəniyyətdir. Onlar da bizim mövqeyimizə hörmət etməlidir. Fransa heç kimə dərs keçmir, amma heç kimdən də dərs almaq istəmir".


Qeyd edək ki, Fransa dövlət başçısının bu açıqlamanı Praqada verib. O, Çexiyanın keçmiş prezidenti Vatslav Havelin dəfn mərasimində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə