Fransada yaşayan türklər qanun layihəsinə etirazlarını bildirirlər

Fransada yaşayan türklər qanun layihəsinə etirazlarını bildirirlər

Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin səsverməyə qoyulması ərəfəsində Parisdə yaşayan türklər etiraz aksiyasına toplaşıblar. Fransadakı 230 türk birliyinin nümayəndələri səhər saatlarından etibarən Senatın binası önünə toplaşmağa başlayıblar. Türkiyə bayraqları qaldıran nümayişçilər İstiqlal Marşını oxuduqdan sonra qanun layihəsini pisləyən şüarlar səsləndiriblər.


Aksiya fəalları qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, Senatın önünə 20 mindən çox türkün toplaşacağını bildiriblər. Bugünkü etiraz aksiyasında 5000-dək adamın iştirak edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə