Rusiya parlamentinin aşağı palatası bu ayın əvvəlində keçirilən mübahisəli seçkilərdən sonra ilk toplantısına başlayır. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, seçkilərin Baş nazir Vladimir Putinin partiyasının xeyrinə saxtalaşdırıldığı bildirilir. Müxalifət qrupları parlament binası qarşısında etiraz nümayişi keçirəcəklərini bəyan ediblər.
Artıq polis nümayişçilərin yaxınlaşmasının qarşısını almaq üçün barrikadalar qurub. Seçkilərin rəsmi nəticələri Sovet İttifaqı dağılandan bəri Rusiyada ilk ən böyük küçə nümayişlərinin keçirilməsinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB