Honq-Konqda bir toyuq bazarında H5N1 virusunun təsbit edilməsindən sonra 17 min toyuq tələf edilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəsmilər H5N1 virusunun aşkar edilməsindən sonra üç həftə ərzində ev quşlarının idxalatının qadağan edildiyini bildiriblər.
Virusun rast gəlindiyi toyuğun Honq-Konqdakı fermalardan birindən gətirildiyini deyən rəsmilər, bu fermalarda aparılan araşdırmalar nəticəsində hər hansı bir virusa rast gəlmədiklərini bildiriblər.
H5N1 virusunun ilk təsbit edildiyi 2003-cü ildən bu yana dünyada 331 nəfər quş qripi xəstəliyindən dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB