Filippində ölənlərin sayı 1000-i ötüb

Filippində ölənlərin sayı 1000-i ötüb

Filippində baş verən "Vashi"fırtınasında ölənlərin sayı 1000-i keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə rəsmilərinin məlumatında bildirilir ki, təbii fəlakətin vurduğu ziyan nəticəsində 650-si Cagayan da Oro, 283-ü də İligan bölgəsindən olmaqla, ümumilikdə 1002 nəfər həlak olub. İtkin düşənlərin sayı isə hələlik məlum deyil.

Təbii fəlakət 338 mindən çox insana ziyan vurub, onlardan təxminən 45 mini hələ də təhlükəli bölgələrdə xilas olunacaqlarını gözləyirlər.

YUNICEF zərərçəkənlərə 4.2 milyon dollarlıq yardım edib. Fırtına nəticəsində 10 mindən çox ev, xeyli sayda məktəb, yol və körpü də ciddi ziyan görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə