Təhrir meydanı yenidən nümayişçilərin əlində

Təhrir meydanı yenidən nümayişçilərin əlində

Qəhirənin mərkəzində yerləşən Təhrir meydanı yenidən etirazçıların nəzarəti altına keçib. SİA-nın "Sabah"-a istinadən verdiyi xəbərə görə, nümayişçilər parakəndə hazırlanmış maneələri dağıdaraq nəqliyyatın hərəkəti üçün yol açıblar.

Qeyd edək ki, Misirin paytaxtı Qəhirədə təhlükəsizlik qüvvələri ilə hökümət əleyhdarları arasında toqquşmalar dünən də davam edib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, ardıcıl 4 gündür ki, davam edən toqquşmalarda ölənlərin sayı 12-yə çatıb. Şahidlər isə sonuncu qarşıdurmalarda azı 6 nəfərin öldürüldüyünü bildiriblər. Onların sözlərinə görə, təhlükəsizlik qüvvələri məsciddə gecələyən insanların üzərinə hücum edib. Yüzlərlə insanın yaralandığı, onlarla insan isə həbs edildiyi bildirilir. Polis Təhrir meydanına yığılan etirazçıları dağıtmaq məqsədilə su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə