ABŞ və Yaponiya Şimali Koreya ilə olan əlaqələrinin müsbət yöndə inkişaf edəcəyinə ümid edir

ABŞ və Yaponiya Şimali Koreya ilə olan əlaqələrinin müsbət yöndə inkişaf edəcəyinə ümid edir

Hillari Klinton hər iki dövlətin regionda eyni maraqlarının olduğunu bildirib. ABŞ dövlət katibi Hillari Klinton Şimali Koreya lideri Kim Çen İrin ölümündən sonra Şimali Koreya ilə olan əlaqələrin müsbət yöndə inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba ilə birgə mətbuat konfransında çıxış edən baş katib bildirib ki, ABŞ və Yaponiyanın regionda sülh və təhlükəsizliyin təmin edilməsində və hakimiyyətin dinc yolla dəyişilməsində maraqları eynidir.


"Şimali Koreya xalqının rifahı bizim üçün vacib məsələdir" - deyə Klinton bildirib.


Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba isə öz növbəsində əlavə edib ki, Kim Çen İrin ölümünün yarımadada vəziyyəti mənfi yöndə dəyişməyəcəyi vacib məsələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə