BMT-nin Baş Assambleyasında Suriyada ilə bağlı qətnamə qəbul olunub

BMT-nin Baş Assambleyasında Suriyada ilə bağlı qətnamə qəbul olunub

BMT-nin Baş Assambleyasında Suriyada insan haqları ilə bağlı qətnamə qəbul olunub. 133 ölkə qətnamənin lehinə, 11 ölkə əleyhinə səs verib. 43 ölkə isə bitərəf olub.


Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə qətnaməni ölkəsinə qarşı məkrli siyasət hesab edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib ki, ABŞ Rusiyanın Suriyaya qarşı qətnamə lahiyələrində onunla əməkdaşlıq etməyə hazırdır.


"Nyu Yorkda Rusiyanın Suriyaya qarşı qətnamə lahiyəsi barədə müzakirələr davam edir. Biz bu barədə bir neçə qeyri-rəsmi danışıqlar aparmışıq. Ümidvarıq ki, bu cür məsələlər BMT-nin Təhlükəsizlik Şurası tərkibində daha ciddi şəkildə müzakirə olunacaq. Biz qətnamədə Suriyaya qarşı bəzi sanksiyaların tətbiq olunmasını istəyərdik" - deyə Nuland bildirib.


Qeyd edək ki, Rusiya ötən həftə Suriyada zorakılığa son qoyulması ilə bağlı qətnamə təklifi ilə çıxış etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə