Türkiyədə 20 PKK-lı öldürüldü - FOTO

Türkiyədə Diyarbakırın Diclə rayonu ilə Elazığın Arıcak bölgəsi arasındakı Görəsə dağı ətrafında PKK terror təşkilatına qarşı 3 gün əvvəl başladılan və Xüsusi Təyinatlı Polis Dəstələrinin də qatıldığı hərbi əməliyyat soyuq hava şərtlərinə baxmayaraq davam edir.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyatla bağlı məlumat verən Diyarbakır valisi Mustafa Toprak bildirib ki, bölgədəki sığınacaqlarda və mağaralarda qışı keçirmək üçün gələn 40-50 terrorçunun olduğunu ehtimal edirik: \"3 gündür fasiləsiz davam edən qarşıdurmalarda təxminən 15-20 terrorçunun öldürüldüyünü düşünürük. Amma dəqiq məlumat əməliyyat başa çatdıqdan sonra əldə olunacaq\"

Bütün xəbərlər Facebook səhifəmizdə