Filippin prezidenti Beniqno Aquino ölkənin cənubunda hökm sürən sel və torpaq sürüşməsi səbəbi ilə fövqalədə vəziyyət elan edib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, fəlakət nəticəsində 49 adam itkin düşüb. Hadisədə on minlərlə insan evsiz-eşiksiz qalıb.
"Vaşi" qasırğasında 10 mindən çox ev, çoxlu sayda məktəb, yol və körpüyə də ağır ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB