İran prezidenti Mahmud Əhmədinejad dekabrın sonu – yanvarın əvvəlində Ermənistana səfər edəcək. "Armenia Today"a istinadən verilən məlumata görə, bu barədə İran Prezident Aparatının beynəlxalq məsələlər üzrə rəhbəri Məhəmməd-Rza Forkani "Fars" agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə gerçəkləşəcək səfər çərçivəsində İran prezidenti ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparacaq.


Xatırladaq ki, İran prezidenti Ermənistana bu ilin iyun ayında səfər etməli idi. Ancaq onun səfəri müəyyən səbəblərdən təxirə salınıb. Sonuncu dəfə Mahmud Əhmədinejad Ermənistana 2007-ci ilin oktyabr ayında səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə