Qazaxıstanda ölənlərin sayı 15-ə çatdı

Qazaxıstanda ölənlərin sayı 15-ə çatdı

Qazaxıstan polisi Şetpe stansiyasında qatara od vuran xuliqanlara atəş açmaq məcburiyyətində qalıb. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, qərbi Qazaxıstanın Manqistau regionunda yerləşən Şetpe qəsəbəsində baş vermiş iğtişaşlar nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.


Qazaxıstan Baş prokurorluğu bildirib ki, 50 nəfərə yaxın dəstə 300 sərnişin olan qatarın hərəkətinin qarşısını alıb. Asayişi pozanlar Janaozendəki iğtişaşlara dəstək olduqlarını bildiriblər. Onlar yük qatarlarının lokomotivini yandırıblar, vaqonlara "Molotov kokteyləri" atıblar. Polis hadisələrə müdaxilə etdikdən sonra qarşıdurma yaranıb. Stansiya ərazisində yerləşən ticarət obyektlərinin vitrinləri sındırılıb, polislər hücuma məruz qalıblar. Bundan sonra asayiş keşikçiləri silahdan istifadə etmək məcburiyyətində qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə