İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin casusunun həbs olunması barədə məlumat yayıb. CNN kanalının məlumatına görə, İran nazirliyi bildirib ki, həbs olunan şəxs əvvəllər ABŞ-ın İraqda və Əfqanıstanda yerləşdiyi hərbi hissələrində qulluq edib. ABŞ hökuməti bu xəbəri hələ ki, şərh etməyib.
Qeyd edək ki, son aylar İran ABŞ və İsrailin casus şəbəkəsinin ifşa olunması barədə bir necə dəfə xəbər yayıb. Lakin bunun detalları bərədə heç bir açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB