Amerika İranın neft-kimya və enerji sektoruna qarşı sanksiyalar irəli sürüb
Amerika İranın
neft-kimya və enerji sektoruna qarşı sanksiyalar irəli sürüb. SİA-nın xarici
mətbuata istinadən verdiyi xəbərə görə, ilk dəfə olaraq ABŞ İranın Mərkəzi
Bankı da daxil edilməklə, Amerika ilə biznes əlaqələri qurmağa cəhd edən bank
sektorunu da hədəf alıb.
Konqres qarşısında ifadə verərkən Amerikanın maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Deyvid Kohen bildirib ki, İranın bankçılıq sistemi qlobal maliyyə sisteminə hədə törədir. O bildirib ki, Mərkəzi Bankı da daxil edilməklə, İranın maliyyə təsisatları ilə iş birliyi aparan hər bir şirkətin İranın məxfi fəaliyyətlərində əli olduğu deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB