Qazaxıstanın Janaozen şəhərində ölkənin müstəqilliyinin 20 illiyi ilə bağlı təşkil edilən bayram mərasimləri iğtişaşlarla əvəz olunub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Janaozen şəhərində polislə işdən çıxarılan işçilər arasında baş verən qarşıdurmalarda 10 adamın öldüyü bildirilib. Neft-qaz şirkətində çalışan işçilərin Janaozen şəhərinin baş meydanındakı etiraz aksiyası zamanı polislə nümayişçilər arasında toqquşma olub. Sosial şəbəkələrdə meydanda etirazçılara atəş açıldığı iddiaları yer alıb. Hadisə şahidləri də polisin atəş açdığını, ölən və yaralananların olduğunu bildiriblər. Aksiya iştirakçıları müstəqillik gününə həsr olunan tədbirin keçirilməsi üçün hazırlanan səhnəni uçurublar. Ölkə rəsmiləri kütləvi iğtişaşlar zamanı ən azı on nəfərin öldüyünü açıqlayıb. Həm aksiya iştirakçıları, həm də qanun keşikçiləri arasında yaralılar var. Qazaxıstan hakimiyyəti Twitter-ə girişə qadağa qoyub, müstəqil KİV-lərin saytları məhdudlaşdırılıb, Janaozen şəhəri ilə telefon əlaqəsi kəsilib.
Şəhərdə etirazlara 6 aydır neft-qaz sahəsində işləyənlərin maaşlarının az olması səbəb olub.
Yerli telekanalların yaydığı məlumata görə, hazırda Janaozen şəhərinə daxili qoşunlar yeridilib. Şahidlər şəhərin üzərindən vertolyotların uçduğunu və bütün mağazaların bağlandığını bildirirlər. Prezident Nursultan Nazarbayev hadisələrin araşdırılması üçün komissiya yaradılmasına göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB