Qazaxıstanda iğtişaşlar səngimək bilmir

Qazaxıstanda iğtişaşlar səngimək bilmir

Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində kütləvi iğtişaşlar baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, qarşıdurmalarda 5 nəfər həyatını itirib. Qazaxıstan prokurorluğunun məlumatına görə, Janaozenin mərkəzi meydanda ölkə müstəqilliyinin 20 illiyi münasibəti ilə keçirilən bayram tədbiri dağıdılıb. Sosial şəbəkələrdə atışma və insan ölümü barədə yayılan məlumatlar isə təkzib edilib.

Bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil. Qazaxıstanın baş prokurorluğu adıçəkilən şəhərin sakinlərinə müraciət edərək onlardan müvəqqəti olaraq insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb. Lakin hazırda şəhərdə qarət və hücum halları yaşanır.


Bütün xəbərlər Facebook səhifəmizdə