Bəhreyində toqquşma olub
Bəhreyndə paytaxt Manamaya doğru yürüş edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Diraz şəhəri yaxınlığında baş vermiş toqquşmalarda təhlükəsizlik qüvvələri etirazçıları gözyaşardıcı qazlar və səs bombaları vasitəsilə dağıtmağa çalışıb. Ölən və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat verilməyib. Qeyd edək ki, etirazçılar şəhərin əsas avtomagistralını zəbt etmək üçün "Twitter" sosial şəbəkəsində çağırış elan edib. Yüzlərlə etirazçı əllərində qırmızı-ağ rəngli Bəhreyn bayraqları ilə toqquşmadan sonra avtomagistrala doğru axışmağa başlayıblar. Polis etirazçıların əsas avtomobil magistralına girməməsi üçün onları uzun müddət təqib etməli olub.Şahidlərin sözlərinə görə, toqquşmadan əvvəl polis hər cür tədbirlər görübmüş. Hətta etirazçılara qarşı helikopterlərdən də istifadə edilməsi nəzərdə tutulub.Qeyd edək ki, sözügedən avtomagistral çoxlu sayda şiə kəndlərini birləşdirən əsas yollardan biridir. Yolun sonu isə "Ərəb Baharı"nın başladığı Mirvari meydanına aparır.Onu da qeyd edək ki, indiyə kimi Ərəb Baharında Bəhreyndə baş vermiş toqquşmalarda 35-dən çox insan öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə