Rusiya prezidenti Dmitri Medvedev Mərkəzi Seçki Komissiyasına deputat mandatından imtina etməsi barədə bildiriş göndərib. Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Qeyd edək ki, Dmitri Medvedyev dekabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, "Vahid Rusiya" Partiyası tərəfindən tərtib olunan siyahının lideri kimi mandat qazanıb. Deputat mandatından imtina edənlər sırasında İnquşetiya rəhbəri Yunusbek Yevkurov, Şimali Osetiyanın rəhbəri Taymuraz Mamsurov, baş nazirin birinci müavinləri və bir neçə qubernator var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB