Nigeriyada 20 nəfər gəmi qəzasının qurbanı oldu

Nigeriyada gəminin qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, xilasedicilər sudan yalnız üç sərnişini, o cümlədən hamilə qadını və bir uşağı çıxara bilib. Qəza zamanı gəminin içində 40-dan çox adam olub. Hazırda itkin düşmüş sərnişinlərin axtarışı davam edir.


Bütün xəbərlər Facebook səhifəmizdə